İbadulla Ağayev baş epidemioloq vəzifəsindən istefa verdi

İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən istefa verib.

 

Bu barədə APA-ya açıqlamasında İbadulla Ağayev özü bildirib.

 

O deyib ki, öz istəyi ilə ərizə yazaraq bu vəzifədən gedib: “1976-cı ildən Azərbaycan Tibb Universitetində işləyirəm. 1992-ci ildən isə ATU-da professor, kafedra müdiriyəm. Həmçinin əməkdar müəllim, əməkdar elm xadimiyəm. 1991-ci il, ya da 1992-ci ildən ictimai əsaslarla baş epidemioloq oldum. İctimai əsaslarla işləyəndə heç kimə bunun müqabilində pul, maaş verilmir. Heç kim mənə heç nə deməyib. Sadəcə, könüllü olaraq ərizə yazdım”.

 

Müəllif | Apa.Tv
Apa.tv