İçki və heroin qəbul edib sərnişin daşıyan sürücü: “Reysə çıxmazdan əvvəl…”
Avtobusla Salyandan Astaraya sərnişin daşıyan sürücü saxlanılıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, Astara polisi “Temza” markalı, 10-TG-546 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini daxil olmuş məlumat əsasında saxlayıb.
Bakı-Astara marşrutu üzrə işləyən Salyan sakini Ədalət Əliyevin narkotik vasitə - heroin qəbul edərək sərnişindaşıma ilə məşğul olduğu müəyyən edilib. Bu azmış kimi tibbi müayinə zamanı onun spirtli içki içdiyi də ortaya çıxıb.
Üzərinə baxış zamanı Ə. Əliyevdən bir büküm heroin aşkar edilib: “Reysə çıxmazdan əvvəl narkotik vasitə qəbul edib, sərnişinləri Astaraya gətirdim. Burda polis əməkdaşları məni saxladı”.
Faktla bağlı araşdırma aparılır.