İctimai nəqliyyatda məhdudiyyətlər olacaqmı? - BNA AÇIQLADI

İctimai nəqliyyatda məhdudiyyətlərin tətbiqi məsələsi nəzərdən keçirilir.

 

APA TV-nin məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

 

Onun sözlərinə görə, Agentlik tərəfindən hazırkı epidemioloji vəziyyət və hadisələrin inkişafına uyğun fəaliyyət planları hazırlanaraq Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim edilib.

 

Bu fəaliyyət planları ilə bağlı Operativ Qərargahın qərarı necə olacaqsa, ona uyğun da işlər həyata keçiriləcək.

 

Hazırda həyati vacib fəaliyyət göstərməli olan obyektlərin, xüsusilə də ərzaq mağazaları və apteklərin gündəlik nə qədər işçisinin işə getdiyinin araşdırıldığını deyən Mais Ağayev bildirib ki, buna uyğun olaraq, ola bilsin ki, 24 saat fəaliyyət göstərən ekspress xətlər fəaliyyətə başlasın və ya sərnişini az olan marşrutlar üzrə avtobusların hərəkəti dayandırılsın.

 

Bütün bunlar Operativ Qərargahın yekun qərarından asılı olacaq. 

 

Müəllif | Apa.Tv
Apa.tv