İctimai nəqliyyatın fəaliyyəti dayandırılıb

Bu gündən fevralın 8-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

APA-TV-nin  məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Bununla əlaqədar 6 fevral saat 00:00-dan 8 fevral saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən Bakı metropolitenində də sərnişindaşımanın fəaliyyəti  dayandırılıb.

Müəllif | Apa.Tv
Apa.tv