Gəncədə qəza - SÜRÜCÜNÜN BOYNU SINDI
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, qəza Bağman yaşayış massivində - “Totanlı” adlanan ərazidə qeydə alınıb.
İdarəetmədən çıxan avtomobil yol ayrıcına çırpılıb və aşıb. Nəticədə sürücü - 1992-ci il təvəllüdlü Elvar Vidadi oğlu Əliyev boyun sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb.