Xanım sürücü qəza törətdi - SƏRNİŞİN XƏSARƏT ALDI
Bakıda avtoqəza olub.
APA TV-nin məlumatına görə, hadisə rayonun Yusif Səfərov küçəsində qeydə alınıb.
”KİA” markalı avtomobilin xanım sürücüsü sükanı arxasında olduğu nəqliyyat vasitəsini “VAZ 2106” markalı maşına çırpıb. “VAZ 2106”da olan 1 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.