İƏT: Seçkilər demokratik şəraitdə keçib
“İslam Əməkdaşlıq Təşkilatı hər zaman Azərbaycanın haqq işini dəstəkləyir”.
APA TV-nin məlumatına görə, bunu növbədənkənar parlament seçkilərini izləyən İƏT müşahidə missiyasının üzvü Əli Əsgər Mohammadi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, parlament seçkiləri tam şəffaf şəkildə baş tutub: “Hava şəraitinin çox sərt olmasına baxmayaraq, insanlar səsvermədə iştirak edirdilər. Məntəqələrdə müşahidəçilər hər şeyi diqqətlə izləyirdilər. Bu, mühüm məqam idi. Seçkilər demokratik şəraitdə keçib, buna görə Azərbaycan xalqını təbrik edirəm”.
Qeyd edək ki, İƏT müşahidə missiyasının üzvləri paytaxtdakı 8 məntəqədə seçki prosesini izləyiblər.
Həmidağa Məcidov,
Faiq Həsənov,
APA TV