İki “07” toqquşdu - GƏNCƏDƏ
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Həsən bəy Zərdabi küçəsi ilə Əli Məmmədov küçəsinin kəsişməsində qeydə alınıb.
“VAZ 2107 markalı minik maşını eyni markalı digər avtomobilə arxadan çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.