“Jiquli” ilə “Mercedes” toqquşdu: yaralılar var - GƏNCƏDƏ
Gəncədə avtoqəza baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Cavadxan küçəsi ilə Qara Qarayev küçəsin kəsişməsində qeydə alınıb.
“VAZ 2107" markalı nəqliyyat vasitəsi ilə “Mercedes” markalı minik avtomobili toqquşub.
Qəzada 4 nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib.
Xəsarət alan şəxslər “VAZ 2107”nin sürücüsü, 32 yaşlı Rövşən Əhmədov və “Mercedes”də olan 24 yaşlı Amil Abdullayev, 25 yaşlı Amin Tağıyev və 21 yaşlı Məhərrəm Avazovdur.
Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.