İki “Jiquli” toqquşdu: 6 yaralı - GÖYÇAYDA AĞIR QƏZA
Göyçayda ağır avtoqəza baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, qəza noyabrın 26-da rayonun Bığır kəndi ərazisində qeydə alınıb.
İki "VAZ 2107" markalı minik avtomobilinin toqquşması nəticəsində rayon sakinləri - 1964-cü il təvəllüdlü Abbasov Əmirşah Aslan oğlu, 1964-cü il təvəllüdlü Abbasova Qənimət Xəlil qızı, 1972-ci il təvəllüdlü Məmmədov Samir Sabir oğlu, 2007-ci il təvəllüdlü Seyidov Rövşən Əziz oğlu, 2004-cü il təvəllüdlü Məmmədzadə Elmir Samir oğlu, 1981-ci il təvəllüdlü Seyidov Əziz Vüsal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Yaralılardan 2-nin vəziyyəti ağırdır. Onlar reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.