İki minik avtomobili və bir sərnişin avtobusu toqquşdu – İKİ NƏFƏR YARALANDI
Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, “Kamaro”, “VAZ-2106” minik avtomobilləri və “Hyundai” markalı 1 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu toqquşub. Nəticədə “VAZ-2106”da olan 2 nəfər yüngül xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.