İki minik maşını toqquşdu – İKİ NƏFƏR YARALANDI

Ağstafada baş vermiş qəzada 2 nəfər xəsarət alıb 

 

Ağstafada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun Ağstafa ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Kia" və "Mercedes" markalı minik maşınlarının toqquşması nəticəsində rayonun Kolayır kənd sakini, 1993-cü il təvəllüdlü Mirzəağa Qələndərli və başqa bir nəfər müxtəlif xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv