İki partiya YAP-a qoşulmaq qərarı verdi – PROSES DAVAM EDƏCƏK
Bu gün Milli Qurtuluş Partiyasının (MQP) V qurultayı keçirilib.
Partiyadan APA TV-ya bildirilib ki, qurultayda partiya başqanı Vüqar Oruc partiyanın fəaliyyətinə xitam verilməsi, kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması təşəbbüsü ilə çıxış edib və partiya üzvləri yekdilliklə qərarı qəbul ediblər.
Azərbaycan Xalq Demokratik Partiyası da Yeni Azərbaycan Partiyasına (YAP) qoşulub.
Partiyanın sədri Rafiq Turabxan bildirib ki, bu barədə qərar dünən partiyanın video-konfrans formatında keçirilən qurultayında qəbul edilib.
Qeyd edək ki, Yurddaş və Milli Qurtuluş partiyaları da YAP-a qoşulmaq qərarı verib.
Daha bir neçə partiyanın da YAP-a birləşmək üçün müraciət etdiyi barədə məlumatlar var.