İki qadın dəm qazından zəhərləndi – GƏNCƏDƏ

Gəncədə 2 qadın dəm qazından zəhərlənib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisələrdən biri şəhərin Aşıq Ələsgər küçəsində qeydə alınıb.

 

1988-ci il təvəllüdlü Xəyalə İbrahimova yaşadığı evin hamam otağında olarkən dəm qazından zəhərlənib. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib.

 

Digər hadisə şəhərin Bakı Fəhləsi küçəsində qeydə alınıb. 1994-cü il təvəllüdü Mədinə Vəliyeva da hamam otağında olarkən dəm qazından zəhərlənib. Xəstəxanaya yerləşdirilən Mədinəyə tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv