İki qardaş qayınları tərəfindən bıçaqlandı - GƏNCƏDƏ
Gəncədə iki qardaş bıçaqlanıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində baş verib.
Belə ki, 1991-ci il təvəllüdlü Salman Dadaşov və onun qardaşı 1992-ci il təvəllüdlü Osman bıçaq xəsarəti ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Dərhal hər iki xəstə əməliyyat olunub, vəziyyətlərinin kafi olduğu bildirilir.
İlkin araşdırma zamanı məlum olub ki, Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Nicat Qurbanov ailə münaqişəsi zamanı, bacısının həyat yoldaşı Osman Dadaşovu və onun qardaşı Salmanı bıçaqlayıb.
Nicat Qurbanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edilib.
Faktla bağlı araşdırmalar aparılır.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV