İki rayonda reyd keçirildi - QAYDALARI POZANLAR CƏRİMƏLƏNDİ
Göygöl və Samuxda qayda pozan sürücülər məsuliyyətə cəlb edilib.
APA TV-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir.
Bu dəfə keçirilən reyd zamanı dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sahibləri barədə inzibati protokollar tərtib olunub.
Qeyd edək ki, davam etdirilən tədbirlər nəticəsində həm piyadalara həm də sürücülərə gün ərzində ümumilikdə 15-dən çox inzibati protokol tərtib edilib.