İki yük maşını toqquşdu, sürücülər öldü – SUMQAYITDA AĞIR QƏZA

Sumqayıtda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

APA TV-nin xəbərinə görə, “DAF” və “KamAZ" markalı iki yük avtomobili toqquşub.

 

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb edilib.

 

Xilasedicilər sürücülər, 1951-ci il təvəllüdlü Ağarza Sayılov və 1995-ci il təvəllüdlü  Asəf  Aslanovun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv