İkinci mərtəbədən yıxılan azyaşlı ağır yaralandı - ZAQATALADA
Zaqatalada azyaşlı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
APA TV-nin məlumatına görə, Zaqatala şəhər sakini, 2014-cü il təvəllüdlü Cəfər Tahirov yaşadığı ünvanda ikinci mərtəbədən yıxılıb.
Qapalı kəllə-beyn travması alan azyaşlı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Ona lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.