İlin ən qısa gündüzü, ən uzun gecəsi - QIŞ GƏLDİ
Azərbaycana qış fəsli gəlib.
APA TV-nin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadən məlumatına görə, qış fəsli Azərbaycana bu gün saat 08:19 dəqiqədə daxil olub.
Həmin vaxt Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin an üfüqdən minimum hündürlükdə olur.
Dekabrın 22-də ilin ən qısa gündüzü, ayın 23-ə keçən gecə isə ən uzun gecəsi qeydə alınacaq.