İlk səsverməsi doğum gününə təsadüf etdi - GƏNCƏDƏ
Bələdiyyə seçkiləri bəzi vətəndaşların xatirələrindən heç vaxt silinməyəcək. Çünki onlar səsvermə hüququndan ilk dəfə məhz bu seçkidə istifadə edib.
Gəncə şəhər sakini Bayram Məmmədovun seçici kimi iştirak etdiyi bələdiyyə seçkiləri onun doğum gününə təsadüf edib. Ona görə də Bayrama “İlk dəfə səs verən seçici ” vəsiqəsi təqdim olunub.
Bayram Məmmədov APA TV-yə bildirib ki, doğum günündə seçkilərdə iştirak etmək hüququ qazandığı üçün özünü xoşbəxt hiss edir.
Eltac Məmmədova da bu gün ilk dəfə olaraq bələdiyyə seçkilərində səs verib. O, 39 saylı Kəpəz I (Gəncə) Dairəsinin 18 saylı məntəqəsinə gələrək, öz namizədinə səs verib.
Qeyd edək ki, Gəncə şəhərində 4 dairə fəaliyyət göstərir. Bunlar 37 saylı Nizami Birinci (Gəncə) Seçki Dairəsi, 38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsi, 39 saylı Kəpəz Birinci (Gəncə) Seçki Dairəsi və 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsidir.
Fuad Nazimoğlu, Mehdi Məmmədov APA TV Gəncə