İmişli sakini külli miqdarda narkotiklə saxlanılıb

İmişli sakini külli miqdarda narkotik vasitə ilə saxlanılıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, İmişli Rayon Polis şöbəsinin (RPŞ) tərəfindən keçirilən əməliyat zamanı əvvəllər məhkum olunan İmişli rayon sakini Hüseynli İbiş Adil oğlu qəbristanlıqdan gizli saxlanc yerindən bağlama götürərkən saxlanılıb.  Bağlamaya baxış zamanı ordan 760 qram narkotik vasitə olan heroin, 980 qram psixotrop maddə olan metamfetamin  və 1,585 kq narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Araşdırma zamanı məlum olub ki, İ.Hüseyinli 2017-ci ildə həbsdə olarkən İran İslam Respublikasının vətəndaşı ilə tanış olub. İ.Hüseynliyə zəng edən həmin şəxs  rayonun Rəsullu kəndində bağlama olduğunu deyib.  Birinci bağlamanı qəbristanlıqdan götürərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv