İmişlidə 2 yol-nəqliyyat hadisəsi baş verib – 2 NƏFƏR XƏSARƏT ALIB
İmişlidə baş verən yol-nəqliyyat hadisələri zamanı 2 nəfər xəsarət alıb.
APA Tv-nin Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayonunun Qaralar kəndi ərazisində “VAZ 2107” markalı avtomobil yolu keçən İmişli rayonu Qaralar kənd sakini, 1996-cı il təvəllüdlü Səmədov Şəmistan Alim oğlunu vurub. Piyada müxtəlif xəsarətlərlə İmişli rayon xəstəxanasına yerləşdirlib.
Digər hadsisə isə İmişli sakini, 1992-ci il təvəllüdlü Quliyev Orxan Əhməd oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə İmişli sakini, 1974-cü il təvəllüdlü Bayramov Habil Yalı oğlunun idarə etdiyi “İJ” markalı motosikletlə toqquşub. Sonuncunun sürcüsü müxtəlif dərəcəli xəsarətlərlə İmişli rayon xəstəxanasına yerləşdirlib.
Hər iki faktla bağlı araşdırmalar aparılır.