İmişlidə ağır yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb

İmişlidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bəhrəmtəpə magistral yolunda qeydə alınıb. 

“VAZ 2106” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

Sərnişinlərdən biri - Cəbrayıl rayon sakini, 1973-cü il təvəllüdlü Vəliyev Tahir Cavad oğlu  hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv