İmişlidə avtomobilin vurduğu piyada xəstəxanada öldü
Ötən gün axşam saatlarında İmişlinin Otuzikilər kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV xəbər verir ki, idarə etdiyi yük maşınından düşərək yolun digər hissəsinə keçmək istəyən sürcü Murquzalı kənd sakini, 1991-ci il təvəllüdlü Əliyev Şöhrət Ənvər oğlunu “Reno” markalı minik avtomobili vurub.
Nəticədə kəllə-beyin travması alan yaralı əvvəlcə Saatlı rayon xəstəxanasına daha sonra Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib. Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb. Yaralı saat 21.00 radələrində həyatını itirib.
Faktla bağlı İmişli polis şöbəsi tərəfindən araşdırma aparılır.