İmişlidə ağır qəza: sürücü öldü
İmişlidə ölümlə nəticələnən qəza baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə H.Əliyev prospektində qeydə alınıb.
Yalavac kənd sakini, 1984-cü il təvəllüdlü Mirzəzadə Kənan Akif oğlunun idarə etdiyi "QAZel" markalı 30-BJ-792 dövlət qeydiyyat nişanlı maşınla Beyləqan rayonunun Yuxarı Aranlı kənd sakini, 1991-ci il təvəllüdlü Quliyev Emin Allahverdi oğlunun idarə etdiyi "VAZ 2106" markalı 11-BX-906 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Nəticədə “Jiquli”nin sürücüsü hadisə yerində ölüb, onun sərnişini və həmkəndlisi - 1985-ci il təvəllüdlü Əliyev Bayram Həsən oğlu ağır xəsarətlərlə İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.