İmişlidə həmkəndlilər arasında dava bıçaqlanma nəticələndi
İmişli rayonunda qətl hadisəsi baş verib
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Buludlu kəndində qeydə alınıb.
Kənd sakini, 1979-cu il təvəllüdlü Malik Əliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı həmkəndlisi, 1986-cı il təvəllüdlü Abbas Məmmədov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Abbas Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Faktla bağlı cinayət işi başlanıb.