İmişlidə həyətində narkotik əkən şəxs yaxalandı

İmişlidə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Oruclu kənd sakini, Rafiq Məmmədovun həyətindən 13 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

Saxlanılan şəxs qulluq edərək yetişdirdiyi çətənə kollarını həm çəkdiyini, həm də qida kimi istifadə etdiyini bildirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv