İmişlidə iki maşın toqquşdu, sürücünün atası öldü
İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə İmişli rayonunun Qaralar kəndində qeydə alınıb.
Kənd sakini, 1990-cı il təvəllüdlü Quliyev Elvüsal Gülhüseyn oğlunun idarə etdiyi “QAZel” markalı avtomobilin minik maşını ilə toqquşması nəticəsində sürücünün atası, 1957-ci il təvəllüdlü Quliyev Gülhüseyn Qulu oğlu kəllə-beyin travması ilə ağır vəziyyətdə İmişli Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, 62 yaşlı Gülhüseyn Quliyev xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Sürücü isə nisbətən yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.