İmişlidə iki yük maşını toqquşdu - 2 ÖLÜ, 1 YARALI VAR
İmişlidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayon sakini, 1981-ci il təvəllüdlü Ruslan Gülməmmədovun idarə etdiyi “KamAZ “markalı yük avtomobili ilə Yalavac kənd sakini, 1961-ci il təvəllüdlü Camal Kərimova məxsus “Qazel” toqquşub.
Nəticədə “Qazel”in sürücüsü və bir sərnişin 1974-cü il təvəllüdlü Niyaməddin Musayev ölüb. Avtomobildə olan digər sərnişin - İmişli rayon sakini, 1971-ci il təvəllüdlü Fərhad Həmzəyev müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Deformasiyaya uğramış “QAZel”də sıxılıb qalan sürücünün meyiti İmişli Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən çıxarılaraq təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.