İmişlidə minik maşını aşdı – SÜRÜCÜ ÖLDÜ, SƏRNİŞİNLƏRİ YARALANDI
İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonun Bəcrəvan-Cavadxan yolunda qeydə alınıb.
İmişli sakini, 1982-ci il təvəllüdlü Elməddin Mirzəyevin idarə etdiyi “Mercedes” marakalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Sərnişinlər Qaravəlli kənd sakini, 2002-ci il təvəllüdlü Bayandır Şükürov və Mirili kənd sakini, 1974-cü il təvəllüdlü Nüsrət Hüseynov müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.