İmişlidə minik və yük maşını toqquşdu – YARALILAR VAR – HADİSƏ ANI

İmişlidə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayonun Çahar kəndi ərazisində “Qazel” markalı yük maşını ilə “Mercedes” toqquşub.

Hadisə nəticəsində İmişli rayon sakinləri, 1989-cu il təvəllüdlü Elməddin Eyvazov və 1991-ci il təvəllüdlü Nizami Xankişiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Saatlı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv