İmişlidə motosiklet kanala düşdü – 24 YAŞLI SÜRÜCÜ ÖLDÜ

İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Qaralar kəndi ərazisində baş verib.

 

Kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Vasif Məhiyyəddin oğlunun idarə etdiyi motosiklet yoldan çıxaraq kanala düşüb.

Nəticədə sürücü hadisə yerində ölüb. Onun sərnişini - Qaralar kənd sakini, 1983-cü il təvəllüdlü Səmidxanov Qəqəni Miri oğlu kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv