İmişlidə qanunsuz ovla məşğul olan brakonyerlər yaxalandı

İmişlidə qanunsuz quş ovlayan 5 nəfər brakonyer saxlanılıb.                          

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Kürdəmir sakinləri, Cəfər Hüseynov, Füzuli Həsənov və Bakı sakini, Zamin İsmayılovun 80-ə yaxın çöl quşunu qanunsuz olaraq ovladığı müəyyən edilib.

Həmçinin əməliyyat zamanı İmişli sakinləri, Kənan Yaqubov və Cavid Quliyev də saxlanılıb. Onlardan 3 ədəd odlu silah, xeyli sayda ov quşu, eyni zamanda ov ləvazimatları aşkar edilib.

Brakonyerlərin ümumilikdə 100-ə yaxın müxtəlif  növdən olan çöl quşlarını qanunsuz olaraq ovladığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv