İmişlidə qohumunun evindən oğurluq edən şəxs yaxalandı
İmişli sakini qohumunun evindən pul və qızıl oğurlayıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayonun Aranlı kənd sakini Ələddin Xudiyev Polis Şöbəsinə müraciət edərək evindən 700 manat dəyərində qızıl üzük və 2700 manat pul oğurlanması barədə məlumat verib.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən Əlişir Tağıyev saxlanılıb.
Saxlanılan şəxsin ev sahibi ilə qohum olduğu da üzə çıxıb.
Faktla bağlı cinayət işi açılıb istintaq davam etdirilir.