İnam Kərimov: “Xüsusi dağ kombaynlarının alınması planlaşdırılıb”
“Prezident İlham Əliyevin tapşırığına əsasən, dağətəyi, mailli, relyefi çətin olan ərazilərdə biçinin aparılması üçün xüsusi dağ kombaynlarının alınması planlaşdırılıb”
Bunu Bərdəyə səfəri zamanı Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.
APA TV nin Qarabağ üzrə bürosunun xəbərinə görə, İnam Kərimov bildirib ki, bu il taxıl biçini mövsümündə Respublika üzrə biçinə 1700 kombaynın cəlb edilməsi nəzərdə tutulur.
“Biçinə 1700 kombaynın cəlb edilməsi nəzərdə tutulur.
Bu kombaynlardan 728 ədədi “Aqrolizinq” ASC tərəfindən cəlb ediləcək. Bu il əlavə olaraq, 125 ədəd taxılbiçən kombaynın alınması nəzərdə tutu”.