“İnstagram”da narkotik vasitələri təbliğ edən şəxs həbs edildi
“İnstagram” sosial şəbəkəsində profil açaraq narkotik vasitələrin qəbulunu təbliği ilə bağlı videolar yayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat nəticəsində həmin profil səhifəsinin sahibi, Bərdə rayon sakini Sənan Ağayev saxlanılıb.
Təyin edilmiş ekspertizaların nəticəsində Sənan Ağayevin mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr qəbul etdiyi məlum olub.
Bərdə Rayon Məhkəməsinin qərarına əsasən Sənan Ağayev barəsində 1 ay müddətinə inzibati həbs cəzası tətbiq edilib.