“İnstagram”da narkotik vasitələri təbliğ edən şəxs həbs edildi

“İnstagram” sosial şəbəkəsində profil yaradaraq narkotik vasitələrin qəbulunun təbliği ilə bağlı videolar yayan daha bir şəxs saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat nəticəsində profil səhifəsinin sahibi,  rayonun Hacıismayıllı kənd sakini Şahin Şahmarlı saxlanılıb.

 

Cəlilabad Rayon Məhkəməsinin qərarına əsasən Şahin Şahmarlı 20 gün müddətinə inzibati həbs edilib.

Müəllif | Apa.Tv
Apa.tv