“İnstagram”da narkotik vasitələri təbliğ edən şəxs tutuldu
Sosial şəbəkədə narkotik vasitələri təbliğ edən şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, nazirliyin “İnstagram” sosial şəbəkəsindəki “polisazerbaycan” rəsmi səhifəsinə vətəndaşlardan biri müraciət edərək həmin sosial şəbəkədəki “tt.elcan” adlı profildə narkotik vasitələrin qəbulunun təbliğ edildiyi barədə məlumat verib.
Məlumat aidiyyəti üzrə Baş Narkotiklərlə Mübarizə İdarəsinə göndərilib.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində “tt.elcan_” səhifəsinin paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayan Elcan Şahverdiyevə məxsus olduğu məlum olub. O, qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilib.
Elcan Şahverdiyev ifadəsində “İnstagram” sosial şəbəkəsində narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib.
Elcan Şahverdiyev məhkəmənin qərarı ilə 25 sutka müddətində inzibati qaydada həbs edilib.