İran ABŞ hərbi bazalarını vurdu - 13 RAKET ZƏRBƏSİ

İran İraq ərazisindəki ABŞ-a məxsus hərbi bazalara raket zərbələri endirib.

APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, ilk hədəf “Eyn əl-Əsəd” bazası olub.

Əraziyə 9 ballistik raketin düşdüyünü ABŞ tərəfi təsdiqləyib.

Öz növbəsində rəsmi Tehran ABŞ-ın Bağdadın şimalındakı və əsgərlərin də olduğu “Ət-Taci” hərbi bazasına da 5 raket zərbəsinin atıldığını bildirilib. Bombardmanlar zamanı 80 nəfərin öldüyü vurğulanır.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib ki, İran BMT-nin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə addımları atıb, ölkəsi gərginliyi artırmaq və ya müharibə aparmaq niyyətində deyil. 

ABŞ tərəfi hadisə ilə bağlı dəqiq qiymətləndirmə” bitdikdən sonra açıqlama veriləcəyini bildirib. Bəzi rəsmi mənbələr İrana cavab üçün hazırlıqlar getdiyini bildirsə də, ölkə Prezidenti Donald Tramp hər şeyin qaydasında olduğunu qeyd edib.

SEPAH-ın “Twitter” səhifəsində bu zərbələri general Qasım Süleymaninin öldürülməsinə qisas kimi dəyərləndirir. Yeri gəlmişkən Q.Süleymani yanvarın 8-də doğulduğu Kirman şəhərində dəfn edilib.

Bundan sonra İraqdakı ABŞ hərbi kontingenti döyüş hazırlığı səviyyəsinə gətirilib, helikopterlər havada patrul xidmətinə başlayıb və ən çox Bağdaddakı ABŞ səfirliyinin binası üzərində uçur. Həmçinin Suriyanın şərqində - İraqla sərhəddə yerləşən ABŞ hərbi qüvvələrinə də “hazır ol!” əmri verilib.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv