İran Trampın hədəsinə cavabsız qalmadı: "CƏSARƏTİNİZƏ ŞÜBHƏ İLƏ YANAŞIRIQ"

İran Silahlı Qüvvələrinin komandanı Əbdülrəhim Musəvi ABŞ Prezidenti Donald Trampın Tehranı hədələməsinə cavab verib.

 

APA TV-nin IRIB-ə istinadən verdiyi məlumata görə, Ə. Musəvi ABŞ-ın İranda 52 obyektə zərbə endirməyə сəsarət etməyəcəyini vurğulayıb.

 

Ə. Musəvi bildirib ki, gələcəkdə mümkün münaqişənin gedişində ABŞ-ın belə bir addım atmağa cəsarət edəcəyinə şübhə ilə yanaşır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranı 52 obyektə zərbə endirilə biləcəyi ilə hədələyib.

Müəllif | Apa.Tv
Apa.tv