İran vətəndaşları Naxçıvana vizasız səfər edəcək - QƏRAR
Naxçıvan Muxtar Respublikasına (MR) səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edilib.
APA TV-nin Tehran bürosunun məlumatına görə, bu barədə İranın Naxçıvan MR-da fəaliyyət göstərən Baş konsulluğu məlumat yayıb.
Dekabr ayının 1-dən İran vətəndaşları 15 gün müddətinə vizasız Naxçıvana səfər edə biləcək.