İranda Ukrayna təyyarəsinin qəza anı - SÖZSÜZ

 

İranda Ukraynaya məxsus sərnişin təyyarəsinin qəzaya uğradığı an müşahidə kameralarına düşüb.

APA TV-nin məlumatına görə, görüntünü “Twitter”də Heshmat Alavi adlı istifadəçi paylaşıb.

Xatırladaq ki, göyərtəsində 176 nəfər olan Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi yanvarın 8-də Tehranın İmam Xomeyni adına Beynəlxalq Hava Limanında qəzaya uğrayıb.

Qəza nəticəsində sağ qalan olmayıb.

Müəllif | Apa.Tv
Apa.tv