İrandan gələn daha 29 nəfər xəstəxanaya yerləşdirildi – KORONAVİRUS ŞÜBHƏSİ

İrandan qayıdan daha 29 nəfər xəstəxanaya yerləşdirilib.

 

APA TV xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yayıb.

 

Bildirilir ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına bu gün həkim müayinəsi üçün 29 nəfər daxil olub. Həmin şəxslərin səhhətində hər hansı problem aşkarlanmayıb. Onların İrandakı xəstəlik alovlanan ərazidə olub-olmadıqları araşdırılır. 

 

Xatırladaq ki, dünən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müşahidəsi üçün 23 nəfər yerləşdirilib.

 

Ümumilikdə xəstəxanada olan 52 nəfərdən 2-nin hərarəti normadan bir qədər yüksəkdir. Həkim müşahidələri davam edir.

 

Məlumatda həmçinin ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələrdə yayılan yalan məlumatlara etibar etməmələri xahiş edilir.

 

Müəllif | Apa.Tv
Apa.tv