İrandan narkotik gətirib Bakıda satmaq istəyən şəxs ələ keçdi
İrandan Azərbaycana narkotik vasitələrə keçirən şəxs ələ keçib.
APA TV-nin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumatına görə, əvvəllər məhkum olunmuş Cəlilabad rayon sakini Anar Bağırov saxlanılıb.
Onun qaçaqmalçılıq yolu ilə əldə olunan narkotikin satışı ilə məşğul olduğu da məlum olub: “Onun idarə etdiyi KİA markalı avtomobilə baxış zamanı ümumi çəkisi 10 kq 77,78 qram narkotik vasitə olan tiryək və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, Anar Bağırov istintaqa şəxsiyyəti məlum olmayan İran vətəndaşı ilə əlaqə saxlayaraq ondan tamah niyyəti və satış məqsədi ilə narkotik vasitə olan tiryək əldə edib. Daha sonra həmin narkotik vasitələri paytaxt Bakıya gətiurmək istəyən zaman isə o, polis əməkdaşları tərəfindən saxlanılıb”.
Faktla bağlı cinayət işi başlanıb.