İş vaxtı 3 nəfəri elektrik cərəyanı vurub – TOVUZDA

Tovuz rayonunda 3 nəfəri iş vaxtı elektrik cərəyanı vurub.

APA Tv xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan yolunun Əyyublu kəndindən keçən hissəsində qeydə alınıb. 

Yeni tikilən Gəncə-Gürcüstan yol tikintisində çalışan, Tovuz rayon sakinləri - 44 yaşlı Suliddin Abdullayev, Nihad Xudayi və  40 yaşlı Ayət Abduləzizov tikinti işləriylə məşğul olan zaman onları elektrik vurub.

Yaralılar ağır vəziyyətdə Tovuz Rayon Mərkəzi  xəstəxanasına  yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib. Daha sonra xəstələr ağır olduqlarından, Gəncə şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Onların Türkiyənin “Polad Yol Yapı” şirkətinin işçiləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv