İş yerində narkotik yetişdirən Xaçmaz sakini yaxalandı
Xaçmazda iş yerində narkotik becərən şəxs saxlanılıb.
DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, Polis Şöbəsinə rayon sakini, 27 yaşlı Mircavad Ağayevin çalışdığı daş karxanasının ərazisində narkotik maddələrin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən tədbirlər nəticəsində Mircavad Ağayev saxlanılıb və onun mühafizəçi kimi çalışdığı karxana ərazisinə keçirilən baxış zamanı oradan 41 ədəd xüsusi qulluq edilərək yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı Mircavad Ağayev çətənə kollarını şəxsi istifadəsi üçün əkib-becərdiyini etiraf edib: “41 dənə toxum var idi, əkmişdim, sulayırdım. Yetişən vaxtı idi, polislər gəlib aşkar elədilər, yerini göstərdim. Peşmanam”.
Faktla bağlı araşdırmalar aparılır.