İŞİD Londonda terror aktının məsuliyyətini üzərinə götürdü
İŞİD terror təşkilatı ötən gün Londonda baş vermiş terror aktının məsuliyyətini öz üzərinə götürüb.
APA TV-nin “Reuters”ə istinadən xəbərinə görə, bu barədə “İndipendent” məlumat yayıb.
Xatırladaq ki, ötən gün Londonun Stretem rayonunda naməlum şəxs bıçaqla insanlara hücum çəkib. Nəticədə üç nəfər yaralanıb, hadisəni törədən şəxs polis tərəfindən güllələnərək zərərsizləşdirilib. Onun terrorçuluğa görə azadlıqdan məhrum edilmiş və bir həftə əvvəl həbsxanadan azadlığa buraxılan Sudeş Amman olduğu bildirilib.