İşıq dirəyinə sonra isə qaz borusuna çırpıldı - KƏNDDƏ İŞIQ, QAZ KƏSİLDİ

Samuxda yol-nəqliyyat hadisəsi baş verib. APA TV -nın yerli bürosunun məlumatına görə hadisə, rayonun Ziyadlı kəndində qeydə alınıb.

 

Belə ki, idarəetmədən çıxan “Ford” markalı minik avtomobili işıq dirəyinə, sonra isə qaz borusuna çırpılıb. Nəticədə sürücü Hüseynov Röyal Gülağa oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətin kafi olduğu bildirilir.

 

Qəza zamanı kəndin elektrik və qazla təminatında fasilə yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv