İşıqforun işləməməsi qəzaya səbəb olub, xəsarət alanlar var - BAKIDA

 

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

APA TV xəbər verir ki, hadisə şəhərin Həsən Əliyev küçəsi, 17 ünvanında qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Əzizova Rəhimə Zamiq qızı idarə etdiyi “KİA” markalı avtomobillə yol kəsişməsində hərəkətdə olan “Nissan” markalı avtomobilə çırpılıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, bu zaman işıqfor işləməyib.

Qəza nəticəsində R.Əzizova və “Nissan”ın sürücüsü, 1991-ci il təvəllüdlü Səmədov Behzad Qubad oğlu xəsarət alaraq 1 saylı şəhər xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Müəllif | Apa.Tv
Apa.tv