İsmayıllıda 20 yaşlı gənc 47 yaşlı həmyerlisini güllələdi

İsmayıllı rayonunda qətl hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Müşkəmirli kənd qəbiristanlığının yanında qeydə alınıb.

 

Belə ki, kənd sakini 2000-ci il təvəllüdlü Şirxan Əzimov aralarında baş verən dava zamanı həmyerlisi 1973-cü il təvəllüdlü Ağasəf Soltanovu qoşalülə ov tüfəngi ilə güllələyib.

 

Ağasəf Soltanov aldığı güllə yarasından şəxsi avtomobilində dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə gətirilib. İsmayıllı rayon Polis Şöbəsi və Prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirxan Əzimov saxlanılaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.


Şahnəzər Bəşirov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv